Türkiyə milli komandasının futbolçularının AVRO-2020-nin seçmə mərhələsində Albaniya və Fransa millisi ilə matçda vurulan qoldan sonra əsgər salamı verməsi ilə bağlı araşdırma başa çatıb.

Unikal.org xəbər verir ki, UEFA bu hərəkətə görə hansısa cəzanın verilməsini məqsədəuyğun saymayıb.

Müzakirələr zamanı əsgər salamının qaydalara zidd olmadığı üzə çıxıb. Bu səbəbdən də “ay-ulduzlular”a ehtimal olunan cəzaya ehtiyac qalmayıb. Bildirilib ki, bu, emosiyalardan irəli gələn bir jestdir.

Amma UEFA Türkiyə Futbol Federasiyasını başqa səbəbdən cərimələyib. Türkiyəli azarkeşlərin tribunda qaydalardan kənar davranışı 50 min avro bahasına başa gəlib.