Yazıçı-publisist-dramaturq, tarixi romanlar müəllifi Yunus Oğuz səsvermə hüququndan imtina edəcəyi ilə bağlı sosial media hesabında status paylaşıb.

O, bu barədə Prezidentə müraciət ünvanlayacağını bildirib. Y.Oğuz yazdığı statusların səbəbini açıqlamayıb. Bildirib ki, səbəbini Prezidentə yazdığı müraciətdə bildirəcək.

Unikal.org  "Olaylar" qəzetinin baş redaktorunun yazdığı həmin statusları təqdim edir:

"Əziz dostlar! Çox az qalıb, Cənab Prezidentimə müracət edib məni vətəndaşlıqdan çıxartmağını xahiş edəcəm. Səbəblərini müraciətimdə bildirəcəm."

"Sabah rəsmən ailəliklə Cənab Prezidentə müraciətimi təqdim edəcəm. Bu, o demək deyil ki, Azərbaycandan gedəcəm. Sadəcə olaraq səsvermə hüququndan imtina edirəm."

Musavat.com olaraq Yunus Oğuzla əlaqə saxlayıb, statusları özünün yazıb-yazmadığını dəqiqləşdirməyə çalışsaq da, cəhdimiz boşa çıxdı. O, telefonlarımıza cavab vermədi.