İmişi rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org report-a istinadən xəbər verir ki, hadisə axşam saatlarında İmişli şəhəri Heydər Əliyev prospektində qeydə alınıb.

“Qazel” markalı yük avtomobili ilə “VAZ” markalı minik avtomobilin toqquşması nəticəsində bir nəfər ölüb, iki nəfər xəsarət alıb.

Qəza nəticəsində “VAZ-2106” avtomobilin sürücüsü, Beyləqan rayon Qaralılar kənd sakini Emin adlı şəxs dünyasını dəyişib.

“Qazel” markalı yük avtomobilinin sürücüsü, İmişli rayon sakini 1984-cü il təvəllüdü Mirzəzadə Kənan Akif oğlu və “VAZ-2106” avtomobildə olan sərnişin, Beyləqan rayon Qaralılar kənd sakini 1985-ci təvəllüdü Əliyev Bayram Həsən oğlu xəsarət alıb.

Yaralılar İmişli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.