Bu gün UEFA Avropa Liqasının qrup mərhələsinə yekun vurulacaq.

Unikal.org xəbər verir ki, Azərbaycan təmsilçisi “Qarabağ” turnirdə son oyununa çıxıb. Ağdam klubu Tofiq Bəhramov adına Respublika Stadionunda “Düdelanj”ı qəbul edir. Görüşü Estoniyadan olan hakimlər briqadası idarə edib.

Matçın ilk hissəsində qapılara qol vurulmayıb. Komandalar fasiləyə yollanıblar.

Qarşılaşmanın 46-cı dəqiqəsində Qara Qarayev qırmızı vərəqə alaraq oyundan kənarlaşdırılıb. 63-cü dəqiqədə "Düdelanj" hesabı açıb. “Düdelanj”ın heyətində Sabir Buqrine fərqlənib.

Görüşün son dəqiqələrində Ağdam klubu hesabı bərabərləşdirib. Oyun 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

Qeyd edək ki, hər iki komanda pley-off mərhələsinə çıxmaq şansını itirdiyindən görüş formal xarakter daşıyır. Lüksemburqda baş tutan görüşdə "Qarabağ" rəqibini 4:1 hesabı ilə məğlub edib.