Meksikada dəhşətli hadisə yaşanıb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, həyat yoldaşını öz evində başqa biri ilə yaxalayan 26 yaşlı adam onu güllələyib. Təcili yardımla xəstəxanaya aparılan 19 yaşlı qadın yolda dünyasını dəyişib.

Arvadını güllələdikdən sonra intihar etmək istəyən adam polis tərəfindən saxlanılıb. Onun həyat yoldaşı ilə birlikdə olan şəxs isə qaçmağı bacarıb.