Bakının Nərimanov rayonunda yol qəzası zamanı bir nəfər ağır xəsarət alıb.

Unikal.org apa-ya istinadən xəbər verir ki, metronun "Nəriman Nərimanov” stansiyasının qarşısında 22 yaşlı xanım sürücü idarə etdiyi avtomobillə yolu keçmək istəyən 1968-ci il təvəllüdlü Əliyeva Gülsənəm İsa qızını vurub.

Xanım sürücü yaralını xəstəxanaya çatdırıb.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.