2019-cu ildə dünyanın 26 ölkəsində 75 KİV əməkdaşı öldürülüb.

Unikal.org  "TASS"a istinadən xəbər verir ki, bu barədə "Press Emblem Campaign" qeyri-hökumət təşkilatının illik hesabatında deyilir.

Vurğulanır ki, ötən ilin anoloji dövründə 113 KİV əməkdaşı öldürülüb.

Təşkilat qeyd edir ki, 2019-cu ildə çox sayda jurnalist yaralanıb, həbs edilib, təhdidlərə və hücumlara məruz qalıb.

Bu il öldürülən KİV əməkdaşları siyahısında ilk üç pillədə Meksika (13), Əfqanıstan (8) və Pakistan (8) qərarlaşıblar. Daha sonra Suriya (6), Honduras (5) və Filippin (4) yer alıblar. Jurnalist ölümlərinin qeydə alındığı ölkələr arasında həmçinin Ukrayna, Böyük Britaniya, Hindistan, Braziliya, Haiti, İndoneziya və digər ölkələr də daxil olub.

"Press Emblem Campaign" qeyri-hökumət təşkilatının məlumatına əsasəm, son 10 il ərzində 1174 KİV əməkdaşı öldürülüb.