Çinin Şanxay şəhərində taxıl və yağ istehsal edən fabrikdə yanğın olub.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, şəhərin bir çox yerindən görünən yanğın təyyarədəki sərnişinlər tərəfindən də görüntülənib. Hadisə yerinə 50 yanğınsöndürən maşını cəlb olunub. 

Xoşbəxtlikdən yanğın zamanı heç kim xəsarət almayıb.