İngiltərədə bir cütlüyün yeni ili qeyd etmək üçün aldıqları qapı bəzəyinin içindən ilan çıxıb. 

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, 43 yaşlı Karl Qaskell və 40 yaşlı həyat yoldaşı Nicki, marketdən yeni il üçün 16 dollara (27 manat) aldıqları bəzək əşyasını evə gətirərək paketdən çıxarıblar və çürük balıq qoxusu hiss ediblər. Onlar otla bağlı çələngi kəsib açmağa başlayıblar və çələngin içindən ölü bir ilan çıxıb. 

Hadisə ilə bağlı market rəhbərliyinə şikayət edən evli cütlük bir daha bəzək əşyası almayacaqlarına söz veriblər.