Prezident İlham Əliyev Siraqəddin Cabbarovun 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Unikal.org xəbər verir ki, Sərəncamda qeyd edilir ki, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Siraqəddin Nəcəf oğlu Cabbarov 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilsin.

Qeyd edək ki, Siraqəddin Cabbarov Azərbaycan Respublikası Prezidentinin 17 may 2019-cu il tarixli Sərəncamı ilə Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.