Paytaxt Bakı 2020-ci ili qarşılamağa hazırlaşır.

Unikal.org xəbər verir ki, Dənizkənarı bulvar və Bakının mərkəzi park və küçələri Yeni il əhval-ruhiyyəsinə bürünür.

Şəhərin "Azneft" dairəsində quraşdırılan böyük yolka ağacı artıq yekunlaşmaq üzrədir. Yolkanı quraşdıran ustalar işlərin ən qısa zamanda bitəcəyini deyirlər.

Dənizkənarı Milli parkda iki yolka quraşdırılır. Həm bulvar ərazisində, həm də Neftçilər prospekti boyunca bütün şam ağacları işıqlarla bəzədilir. Yolkalardan biri köhnə bulvar ərazisində təxminən 10 metr, digəri isə Ağ şəhər bulvarında təxminən 18 metr hündürlükdə olacaq.

Qeyd edək ki, yeni il axşamı Kukla teatrının arxasında yerləşən meydanda bayram proqramı təşkil olunacaq. Milli park bayram axşamı paytaxt sakinlərini və şəhərin qonaqlarını maraqlı sürprizlərlə sevindirəcək.