Rusiyalı jurnalist, SSRİ-nin keçmiş İnformasiya və Mətbuat naziri Mixail Nenaşev vəfat edib.

Unikal.org “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, Nenaşev 90 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Mixail Nenaşev nazir olmaqla yanaşı, SSRİ Dövlət Televiziya və Radiosunun sədri, “Sovet Rusiyası” qəzetinin baş redaktoru vəzifələrində işləyib.