Türkiyənin Tekirdağ şəhərində qanunsuz miqrantlara qarşı əməliyyat keçirilib.

Unikal.org xəbər verir ki, əməliyyat nəticəsində ölkəyə qanunsuz yollarla daxil olmuş 26 xarici ölkə vətəndaşı saxlanılıb. Onlardan 17 nəfəri Pakistan, 9-u isə Banqladeş vətəndaşıdır.

Saxlanılan şəxslər Türkiyədən başqa ölkələrə keçmək istədiklərini bildirib. Hazırda faktla bağlı araşdırma aparılır.