İngiltərə Premyer Liqasında XVII turun ikinci oyun günü başa çatıb.

Unikal.org xəbər verir ki, bu gün daha üç qarşılaşma baş tutub.

Son çempion “Mançester Siti” səfərdə “Arsenal”la görüşüb. Qonaqlar “topçular”ın qapısından üç cavabsız top keçiriblər.

“Mançester Yunayted” “Everton”la matçda xal itkisi ilə üzləşib. “Tottenhem” isə səfərdə “Vulverhempton”a qalib gəlməyi bacarıb.

Qeyd edək ki, tura dekabrın 16-da yekun vurulacaq.