Türkiyədə qohumlar arasında ölümlə nəticələnən münaqişə olub.

Unikal.org xəbər verir ki, hadisə Şanlıurfa vilayətinin Suruç rayonunda baş verib. Əmi uşaqlarının pul üstündə başlayan davası qanla bitib.

Tərəflərin silahdan açdığı atəş nəticəsində 2 nəfər ölüb, 5 nəfər ağır yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Hadisə ilə bağlı araşdırma aparılır.