Bakıda gənc qızın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org report-a istinadən xəbər verir ki, hadisə Bakı-Şamaxı yolunda qeydə alınıb.

BMW markalı avtomobil yolu keçən 2001-ci il təvəllüdlü Hətəmova Səliqə Elşad qızını vurub.

Yaralı təcili yardımın köməkliyi ilə 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.