Sabah araşdırmaçı alim, Bakı Dövlət Universitetinin professoru, Azərbaycan jurnalistlərinin müəllimi mərhum Şirməmməd Hüseynovun doğum günüdür.

Unikal.org xəbər verir ki, bununla bağlı bu gün Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin müəllimləri, Şirməmməd Hüseynovun həyat yoldaşı Ülkər Hüseynova və Parlament Jurnalistləri Birliyinin (PJB) bir qrup üzvü İkinci Fəxri Xiyabanda Şirməmməd Hüseynovun məzarını ziyarət ediblər.

Ziyarətdən sonra hər kəs Şirməmməd Hüseynovla bağlı xatirələrini bölüşüb.

Şirməmməd Hüseynov 2019-cu ilin  iyunun 24-də vəfat edib.