Son zamanlar dünyaca məşhur model  Adriana Lima ilə sevgi münasibətinə görə, gündəmdən düşməyən tanınmış yazar Metin Hara  saxtakarlıqda günahlandırılır. 

Unikal.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, bu barədə Baş Nazirin Rabitə Mərkəzinə (BİMER)  şikayət edilib. Şikayət nəticəsində, diplomu olmadığı halda özünü həkim elan edən gənc yazar polis tərəfindən saxlanlıb. İddiaya görə, Metin Haraya 6 ay müddətinə həbs cəzası verilib. 

Hara isə ifadəsində "Tibbi diaqnoz və müalicə etmədim. Kitaplarımdaki fəlsəfəni izah edirəm" deyib. 

M.Hara barəsində "icazəsi olmadan həkimlik" günahından iddia qaldırılıb. 

Gülayə Mecid