Azərbaycanlı model Məhbubə Məmmədzadənin yarıçılpaq fotosu xarici pərəstişkarlarının xoşuna gəlib.

Unikal.org xəbər verir ki, model şəklini "Instagram" sosial şəbəkəsindəki səhifəsinə yerləşdirib. Şəkil dərhal qızğın müzakirələrə səbəb olub.

Məmmədzadə artıq uzun illərdir ki, xaricdə yaşadığından, onun izləyicilərinin çoxu da xaricilərdir. Onlar azərbaycanlı modelin gözəl bədənindən həyəcanlandıqlarını gizlətməyiblər.

Foto Məmmədzadənin çəkiliş üçün getdiyi Türkiyədəki mehmanxanalardan birində çəkilib.
Xatırladaq ki, Məhbubə Məmmədzadə bir müddət öncə 250 min avro müqabilində bakirəliyini "Cinderella Escorts" saytında satışa çıxarıb. Bundan sonra məşhur brendlər ona təkliflər yağdırmağa başlayıblar. Hazırda o, bu populyarlıq sayəsində bir çox xarici layihələrdə iştirak edir.

Məhbubə Məmmədzadə Azərbaycanın ən məşhur modellərindən biridir. Hazırda o, Türkiyədə yaşayır və işləyir, bir çox məşhur brendlərin moda gecələrində iştirak edir, reklam çarxlarına çəkilir.