Türkiyəli aktrisa Naz Elmas biznesmen sevgilisi Erol Özmandıracı ilə nikah masasına oturub.

Unikal.org xəbər verir ki, Esma Sultan malikanəsində keçirilən mərasimdə bir çox məşhur sənətçilər iştirak edib.

Nikah mərasimindən sonra aktrisa "Çox həyəcanlı və xoşbəxtik. Bizim bir yerdə olmağımıza səbəb "Galatasaray" sevgimizdir. Erolu ilk gördüyüm anda evlənəcəyim insan olduğunu anlamışdım" deyib.

Qeyd edək ki, 36 yaşlı Nazın əri özündən 16 yaş böyükdür.