Balakən və Saatlı rayonlarənda yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Unikal.org-a verilən məlumata görə, Balakən rayonunun Xalatala kəndində ümumi sahəsi 200 m² olan birmərtəbəli 3 otaqlı evin 1 otağının yanar konstruksiyaları 30 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Həmçinin, FHN-dən Unikal.org-a verilən məlumata görə, Saatlı rayonunun Çolpı kəndində ümumi sahəsi 56 m² olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları və 1 otağına yığılan 1.2 ton ot bağlaması yanıb. Yaxınlıqdakı evlər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.