Zaqatalada 9 yaşlı uşağı it dişləyib.

Unikal.org apa-ya istinadən xəbər verir ki, dekabrın 16-sı axşam saatlarında rayonun Qandax kənd sakini, 2010-cu il təvəllüdlü Əli Asiq oğlu Kərimov it dişləməsi xəsarəti ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına daxil olub. 

Müayinə zamanı itin Ə. Kərimova sol qolundan dişləyərək xəsarət yetirdiyi məlum olub. Quduzluğa qarşı peyvənd vurulduqdan sonra o, evə buraxılıb.