Sumqayıt şəhərində ölümlə nəticələnən yol qəzası baş verib.

Fövqəladə Hallar Nazirliyindən Unikal.org-a verilən məlumata görə, qurumun "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Sumqayıt şəhərində "Shacman" markalı yük avtomobili yol kənarına aşıb. 

Hadisə yerinə cəlb olunan Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri sürücü 1989-cu il təvəllüdlü Nəsibov Elvin Qəzənfər oğlunun və sərnişin 1984-cü il təvəllüdlü Rəhimov Rəşad Xaləddin oğlunun meyitlərini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

09:46:18

****

15:04:20

"Shacman" markalı yük avtomobili yoldan çıxarılıb. 

Unikal.org-un məlumatına görə, ağır texnikalar vasitəsilə ağır qəzaya düşən "Shacman" markalı yük avtomobili yol kənarından aparılıb. Yük avtomobili zərbənin təsirindən yararsız vəziyyətə düşüb.

Murad İbrahimov