Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn, həmin ölkə vətəndaşının idarə etdiyi "Honda Ridgeline" markalı avtomobil saxlanılıb və sürücüsü şifahi sorğu-sual edilib.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Unikal.org-a verilən məlumata görə, sürücü idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirsə də, nəqliyyat vasitəsi rentgen qurğusundan keçirilərkən şübhəli təsvirlər müşahidə olunub.

Avtomobilə gömrük baxışı zamanı minik maşınının arxa və qabaq qapılarının içliyindən 6140 ədəd üzərində "Argentinian Cracker" yazılan pirotexniki vasitə aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.