Sumqayıtın əsas giriş hissəsində piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org xəbər verir ki,  “Mercedes” markalı avtomobil yolun piyadalar üçün nəzərdə tutulmayan hissəsindən keçən piyada 1976-cı il təvəllüdlü İsmayılov Rafael Novruz oğlunu vurub. Sürücü piyadanı vurduqdan sonra nəqliyyat vasitəsini yol kənarında dirəyə çırpıb.

Qəza nəticəsində xəsarət alan piyada təcili tibbi yardım xidməti əməkdaşlarının yardımı ilə Sumqayıt Təcili Tibbi yardım Xəstəxanasına aparılıb. 

Faktla bağlı araşdırma aparılır.

Murad İbrahimov