2009-cu ildə başlayan və Antaliyada ənənəvi hala gətirilən "Milad Analar" fotosessiyası bu il də davam etdirilib. 

Unikal.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, 2020-ci ilə özəl 20 mankenin qatıldığı fotoçəkiliş bu dəfə "Tahtalı Dağı"nda gərçəkləşib. "Milad ana" kostyumu geyərək qar yağışı altında poz verən manekenlər, soyuq hava səbəbiylə çətin anlar yaşayıb. 

Mənfi 8 dərəcədə poz verməyə çalışan manekenlər, tez-tez qapalı sahəyə girərək isinməyə çalışıb.