Quba rayonunun Barlı kəndində yanğın olub.

Unikal.org FHN-ə istinadən xəbər verir ki, ümumi sahəsi 121 m² olan birmərtəbəli 6 otaqlı evin bir otağının tavanı 10 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.