“Çelsi” qış transfer pəncərəsi dövründə heyətini bir neçə yeni futbolçu ilə gücləndirmək istəyir.

Unikal.org xəbər verir ki, “zadəganlar” bu transferlər üçün 180 milyon avroluq büdcə ayıracaq. Bu barədə “The Sun” nəşri məlumat yayıb.

“Çelsi”nin transfer siyahısında Ceydon Sanço (“Borussiya”, Dortmund), Timo Verner (“Leyptsiq”), Vilfrid Zaha (“Kristal Pelas”), Leon Beyli (“Bayer”), Samuel Çukvueze (“Vilyarreal”) və Mussa Dembele (“Lion”) kimi futbolçular yer alıb.

“Çelsi” hazırda Premyer Liqada 29 xalla 4-cü sıradadır.