Bakı-Qazax yolunun Ələt qəsəbəsi ərazisindən keçən hissəsində mikroavtobus aşıb, ölən və xəsarət alanlar var.

Unikal.org-un xəbərinə görə, hadisə nəticəsində bir nəfər yerində, bir nəfər 60 yaşlı kişi isə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Səhiyyə Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, 5 nəfər yaralı (68, 28, 25 yaşlı kişilər və 43, 33 yaşlı qadınlar) müxtəlif dərəcəli bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə aparılıblar.

Yaralılardan birinin vəziyyəti ağırdır reanimasiyaya yerləşdirilib. Digər yaralılara hazırda lazımi tibbi yardım göstərilir. Hazırda vəziyyətləri orta-ağır kimi qiymətləndirilir.