“Netflix”in ikinci orijinal türk serialı olan, baş rollarda Beren Saat və Mehmet Günsürün yer aldığı  "Atiye" serialının qala gecəsində maraqlı hadisə baş verib.

Unikal.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, serialın təqdimatına ulduz axını olub. Gecənin sürpriz qonağı xüsusi çıxışı ilə Kenan Doğulu olub.  

Doğulu “Susma” mahnısını 20 orkestr və onu müşayiət edən yerli türk alətlərindən ibarət komandası ilə bu gecə üçün xüsusi bir şou ilə ifa edib.

Maraqlısı odur ki, həyat yoldaşı Beren Saatla şəxsi münasibətində soyuqluq yaşayan Kenan Doğulu mahnını söyləyərkən həyat yoldaşı ilə baxışması gecəyə damğa vurub. Diqqət çəkən digər məsələ isə Berenin heyranlıqla Kenanı seyr etməsi olub.

Gülayə Mecid