Cinsiyyətini dəyişərək qadın olan türkiyəli bloqer Selin Ciğerci və futbolçu həyat yoldaşı Gökhan Çıranın əsgər yoldaşı olması xəbərləri gündəmi zəbt edib.

Unikal.org Türkiyə KİV-nə istinadən məlumat verir ki, “Tuzlaspor”da çıxış edən Gökhan Çıra və “Qalatasaray”ın kapitanı arasında oyundan sonra yaranan dava qalmaqala səbəb olub.

Davadan sonra Selin ilə Gökhanın əsgərlik yoldaşı olması sosial şəbəkələrdə müzakirə obyekti olub. Ortaya atılan iddia qısa zaman ərzində gündəmə çevrilib. Bir çox izləyicilər məsələ ilə bağlı maraqlı paylaşımlar edib.

Həyat yoldaşı ilə “Twitter”də trend olan futbolçu onlar haqqında yazılanlara öz etirazını bildirib:

“Heç vaxt məni həyat yoldaşımla vurmağa çalışmayın. Ölənə kimi onun arxasındayam. Onun haqqında mənə nəsə deyən olsa, cavabını alacaq. Ona daha artıq şeylər edəcəm. Hər kəsin də bunu bilməsini istəyirəm. Özünü kişi hesab edənlər sözlərini üzümə desin”.

Qeyd edək ki, bloqer oktyabrın 28-də futbolçu Gökhan Çıra ilə ailə həyatı qurub. Selin toyda üç gəlinlik geyinib. Gəlinliklərdən birinin çəkisi 40 kiloqram olub.

Gülayə Mecid