İspaniyanın Kataloniya vilayətinin polisi futbol üzrə ölkə çempionatının “Barselona” və “Real Madrid” klubları arasında matçı ərəfəsində Barselonanın “Kamp Nou” stadionu rayonunda təhlükəsizlik tədbirlərini gücləndirməyə başlayıb.

Unikal.org xəbər verir ki, İspaniya mətbuatının yaydığı xəbərə görə, asayiş keşikçiləri komandaların stadiona gəldiyi iki küçədə hərəkəti qismən dayandırıblar.

Bundan əlavə, polis otelin ətrafını çəpərləyib.

Qeyd edək ki, "Barselona” - “Real Madrid” qarşılaşması Bakı vaxtı ilə 23:00-da başlayacaq.