İngiltərənin “Liverpul” futbol klubu Avstriyanın “Zalsburq” komandasının hücumçusu Takumi Minaminonu heyətinə cəlb edəcək.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, 24 yaşlı yaponiyalı hücumçunun qış transfer pəncərəsində “Liverpul”a qoşulacağı bildirilir. İngiltərə klubu transfer üçün qarşı tərəfə 9,5 milyon dollar ödəyəcək.

Qeyd edək ki, T.Minamino cari mövsümdə “Zalsburq”un heyətində keçirdiyi 22 oyunda 9 qol vurub, 5 məhsuldar ötürmə edib.