İspaniya La Liqasında X turdan təxirə salınan bir oyun keçirilib.

Unikal.org xəbər verir ki, “Barselona” öz meydanında “Real”ı qəbul edib.

Yarışın liderləri arasında növbəti “El-Klasiko” Barselonadakı “Nou Kamp” stadionunda baş tutub. Görüş qarşılıqlı hücumlar şəraitində keçib. Hər iki komandanın qol imkanları olsa da, hesab açılmayıb – 0:0.

Bu heç-heçədən sonra hər iki komanda xal hesabını 36-ya çatdırıb. Liderlər ən yaxın izləyiciləri olan “Sevilya”dan 5 xal öndərirlər.

Qeyd edək ki, La Liqada XVIII turun oyunları dekabrın 20-22-də keçiriləcək.