Gəncə şəhərində bıçaqlanma hadisəsi olub.

Unikal.org report-a istinadən xəbər verir ki, Gəncə şəhər sakini, 1961-ci il təvəllüdlü Vilayət Quliyev ailədaxili mübahisə zəminində hörgü baltası ilə öz yaşadığı evi dağıtmaq istəyib. Bu zaman həyat yoldaşı və oğlu onun bu əməlinin qarşısını almaq istəyib. Əsəbi olan V.Quliyev oğlu, 1986-cı il təvəllüdlü Samir Quliyevə sol qol nahiyəsindən bıçaqla xəsarət yetirib. Yaralı xəstəxanaya aparılıb.

Faktla bağlı araşdırma aparılır.