Qusar rayon Mərkəzi Xəstəxanasında həkimin rüşvət alması görüntüləri yayılıb. 

Unikal.org xəbər verir ki, laboratoriya şöbəsinin həkimi analiz cavablarını alan vətəndaşlardan pul alıb. 

Oxu.Az-ın redaksiyasına göndərilən videonun dünən səhər saatlarında Qusar rayon Mərkəzi Xəstəxanasında çəkildiyi bildirilir.

Videodan həkimin açıq-aşkar pul aldığı görünür.