Amerikalı məşhur müğənni Mark Antoninin yaxtası yanıb.

Unikal.org xəbər verir ki, ''Andiamo'' adlı 7 milyon dollarlıq yaxta yanan zaman içində 12 nəfər olub. Onlar təcili təxliyyə edilib. Yanğının söndürülməsi 20-dən çox yanğınsöndürən cəlb edilib.

Yanğının hansı səbəbdən baş verdiyi isə hələlik məlum deyil.