Argentinada sevgilisi tərəfindən aldadılan futbolçu rəqibinə karyerasını bitirəcək dərəcədə sərt müdaxilə edib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, "La Union"un "SAT" komandasını 4:1 hesabı ilə məğlub etdiyi qarşılaşmanın son dəqiqələrində ortalıq qarışıb. 

Sevgilisinin ona rəqib futbolçu ilə xəyanət etməsinə qəzəblənən "SAT" klubunun futbolçusu həmin oyunçuya sərt müdaxilə edib. Digər futbolçuların da hadisəyə qarışması ilə dava böyüyüb.