UEFA 2018/19 mövsümündə Çempionlar Liqası iştirakçılarına verilən pulların məbləğini açıqlayıb.

Unikal.org qurumun saytına istinadən xəbər verir ki, ötən mövsümün ən çox qazananı “Barselona”dır. Kataloniya təmsilçisi turnirdə mübarizəni yarımfinal mərhələsində dayandırmasına baxmayaraq, 117 milyon avro qazanıb. UEFA ümumilikdə ötən mövsüm üçün ÇL iştirakçılarına 2 milyarda yaxın pul verib.

Çempionlar Liqasında ötən mövsümün qalibi “Liverpul” 111,09 milyon, 2-ci yerin sahibi “Tottenhem” isə 101,6 milyon avro qazanıb.