Türkiyənin məşhur müğənnisi Ajda Pekan ilk dəfə ana olmaq istəyi haqqında mətbuata danışıb.

Unikal.org-un Türkiyə KİV-nə istinadən xəbər verir ki, Ajda Pekan müğənnilərin evli olmasının əsas olmadığını, hər kəsin xoşbəxtliyinin öndə gəldiyini açıqlayıb.

Türkiyəli ulduz bildirib ki, onun ən əsas arzusu uşaq sahibi olmaqdır:

“Kaş mənim də uşağım olaydı. O hisslər tamamilə fərqli xoşbəxt anlardır. İnanın ki, dəlilər kimi uşaqları qucaqlamaq istəyirəm. Uşaqları çox sevirəm”.

Sonda müğənni işini də çox sevdiyini, hətta onun köləsi olduğunu qeyd edib.

Gülayə Mecid