Futbol üzrə Azərbaycan Kubokunda daha bir yarımfinalçı müəyyənləşib.

Unikal.org xəbər verir ki, bu, "Sumqayıt" komandasıdır.

Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv buna evdə "Neftçi"yə qarşı keçirdiyi 1/4 final mərhələsinin cavab oyununda qolsuz heç-heçə etməklə nail olub.

Səfərdə baş tutan ilk matçda 1:0 hesabı ilə qalib gələn Sumqayıtın eyni adlı təmsilçisi yoluna davam edib.

Qeyd edək ki, bunadək "Zirə" və "Qəbələ" növbəti raunda vəsiqə qazanaraq ilk yarımfinal cütünü təşkil ediblər. "Sumqayıt"ın rəqibi isə "Keşlə" - "Qarabağ" cütünün qalibi olacaq.