Qurban Qurbanovun oğlu Musa Qurbanlı "Qarabağ"ın əsas komandasında debüt edib.

Unikal.org xəbər verir ki, 17 yaşlı hücumçu "Keşlə"yə qarşı keçirdikləri Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab matçının ikinci yarısında meydana çıxıb. O, Riçard Almeydanı əvəzləyib.

Qeyd edək ki, oyun "Qarabağ"ın 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Xatırladaq ki, Musa Qurbanlı daha öncə yoldaşlıq görüşündə əsas komanda ilə meydanda olub.