Bakıda keçmiş məhkumlarda narkotik vasitə aşkarlanıb.

Unikal.org DİN-ə istinadən xəbərinə görə, hadisə Xəzər və Səbail rayon ərazilərində qeydə alınıb.

Belə ki, Xəzər Rayon Polis İdarərsinin (RPİ) 2-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuşlar – 1962-ci il təvəllüdlü H.Rzayev və 1993-cü il təvəllüdlü F.Mehdizadə saxlanılıb.

Onların üzərinə baxış keçirilən zaman H.Rzayevdən 466 qram heroin, F.Mehdizadədən isə 502 qram heroin aşkar olunaraq götürülüb.

Bundan başqa, Səbail RPİ-nin 8-ci Polis Bölməsi və Əlahiddə Çevik Polis Alayının əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində paytaxt sakini, 1987-ci il təvəllüdlü F.Əliyevdən 139 qram metamfetamin aşkar olunaraq götürülüb. 

Hər iki faktla bağlı araşdırma aparılır.