“Elə mahnılar var ki, biz onu həmişə sevirik. Faiq Ağayevin yaradıcılığında olan bütün əsərləri sevmişəm və hörmətlə yanaşmışam. Amma “Uşaq kimi” mahnısı çox gözəldir”.

Unikal.org axsam.az-a istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Röya Ayxan İnstaqram “Story”də paylaşdığı videoya deyib.

Sənətçi bir neçə müddət öncə qalmaqal yaşadığı Xalq artisti Faiq Ağayevə barışıq əli uzadıb:

“Küsənlər, hamınız barışın. Kiçik kiçiklik etsin, böyük də böyüklüyünü”.

Qeyd edək ki, qalmaqalın səbəb olan Faiq Ağayevin Azərbaycandakı konsertlərdən real gəlir və izləyici yığan müğənnilər sırasında Röyanın adını çəkməməsi olmuşdu.