"Fənərbaxça"nın forvardı Vədat Muriqi "Beşiktaş"la derbi matçı öncəsi sürprizlə qarşılaşıb.

Unikal.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, həyat yoldaşı ilə restoranların birində səhər yeməyi yeyən futbolçuya restoran sahibindən maraqlı məktub gəlib. 

Məktubda "Bugünə qədər atdığınız və sabah atacağınız qollar ilə hesabınız ödənmişdir. Çempion "Fənər"" sözləri yazılıb.