Argentinalı futbolçu Diyeqo Maradona illər əvvəl yadplanetlilər tərəfindən oğurlandığını etiraf edib.  

Unikal.org-un məlumatına görə, bu barədə idmançı “Sun” nəşrinə müsahibəsində danışıb. Maradonanın sözlərinə görə, o, partidən qayıtdığı gün evinə gedib çıxmayıb. O, üç gün ortalıqda olmayıb, özü dediyi kimi, yadplanetlilər tərəfindən oğurlanıb.

“Evə gələndə mən elə də dedim: “Onlar məni oğurlamışdı – mən bu barədə danışa bilmərəm”, - Maradona bildirib.