Türkiyəli müğənni İrem Derici rəfiqəsinin toyu üçün alış-verişə çıxıb.

Unikal.org xəbər verir ki, bazarlıq edən aktrisa müxbirlərin də suallarını ayaqüstü cavablandırıb. Sənətçi, "Sizin üçün olsun" deyən müxbirə isə özünəməxsus tərzdə cavab verib:

"Mən bu yaşdan sonra gəlinlik əvəzinə kəfən geyinərəm".

O, bu cavabı ilə evlilik fikrindən çox uzaq olduğunu da sübut etmiş olub.