Türkiyə Super Liqasının XVI turunda İstanbul derbisi oynanılıb.

Unikal.org xəbər verir ki, turun mərkəzi görüşündə “Fənərbağça” və “Beşiktaş” klubları qarşılaşıblar. “Şükrü Saracoğlu” stadionunda keçirilən derbi matçı “Fənərbağça”nın 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Bu oyundan sonra xallarının sayını 28-ə çatdıran "sarı lacivərdlilər" turnir cədvəlində 3-cü pillədə qərarlaşıb, “Beşiktaş” isə 27 xalla dördüncüdür.