Xəbər verdiyimiz kimi, şahmat üzrə “Grand Prix 2019” yarışları başa çatıb. Şahmatçımız Şəhriyar Məmmədyarov “Grand Prix 2019” seriyasından olan yarışların yekunlarına görə 10 xalla 4-cü yerdə qərarlaşıb.

Unikal.org xəbər verir ki, FİDE-nin Qüdsdə keçirilən Qran-Prisində azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarovun nə qədər qazanca əldə etdiyi məlum olub. FİDE-nin rəsmi saytının verdiyi məlumata görə,  şahmatçımız bu nəticəyə görə 69 min avro (130,382.4) əldə edib. 

Onu da bildirək ki, "Şah" ləqəbli şahmatçımız iddiaçılar turnirinə getmək şansını itirib.  İddiaçılar Turnirinə vəsiqə qazanmış rusiyalılar – Qran-Prinin qalibi Aleksandr Qrişuk və ikincisi Yan Nepomnyaşi hərəyə 98 min avro qazanıb. Üçüncü yeri tutmuş fransalı Maksim Vaşye-Laqrav isə 74 min avroya sahib çıxıb. 

Qeyd edək ki, təmsilçimiz ən yaxşı nəticəni Qran-Pri seriyasının Riqa mərhələsində qalib olmaqla göstərib. 

Şəhriyar Məmmədyarov dünyada 20 yaşadək şahmatçılar arasında ikiqat Dünya çempionu tituluna sahib olan yeganə şahmatçıdır.