Türkiyənin ATV kanalında yayımlanan “Eskiya dünyaya hökmdar olmaz” serialının 153-cü bölümündə nümayiş olunan fraqmanı izləmə rekordu qırıb.

Unikal.org Türkiyə KİV-nə istinadən xəbər verir ki,  serialdan ayrılan Türkiyənin məşhur aktyoru Deniz Çakırın canlandırdığı "Məryəm" rolu yenidən qayıdıb. Bununla da D.Çakırın heyətə qayıtdığı iddia olunub. İddialar arasında Məryəmi qayıtdıqda başqa bir aktrisanın da canlandıra biləcəyi iddialar arasındadır. 

Qeyd edək ki, Dəniz Çakır öz istəyi ilə serialdan uzaqlaşıb. Bu səbəbdən ssenari əsasında onun canlandırdığı, Xızırın həyat yoldaşı "Məryəm"  xaricə yollanmışdı. 

Gülayə Mecid